Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Report-a istinadən xəbər verir ki, rayonun Xocəsən qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sürücü 1999-cu il təvəllüdlü Ruslan Nəsib oğlu Kazımov xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.