Avtomobillər toqquşdu xəsarət alanlar var

09:54 - 08 İyun 2024

Avtomobillər toqquşdu xəsarət alanlar var

Salyan rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, "Jiqulu" markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində rayonun 20 Yanvar küçəsinin sakinləri, 1998-ci il təvəllüdlü Fərid Elşən oğlu Məmmədli və 2003-cü il təvəllüdlü Ceyhun Seymur oğlu Ələkbərov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az