"Uşaqlarda anadangəlmə qüsurlar çoxalıb" - Səhiyyə Nazirliyi

16:19 - 20 İyun 2024

\"Uşaqlarda anadangəlmə qüsurlar çoxalıb\" - Səhiyyə Nazirliyi

Bu gün uşaqlarda anadangəlmə qüsurlar da çoxalıb.
 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə nikahdan əvvəl müayinələr aparılır:

“Müayinələr zamanı vətəndaşa deyə bilmirik ki, evlənməyin. Biz tövsiyə verə bilərik ki, siz talassemiya daşıyıcısısız. Evlənsəniz, xəstə uşaq doğulacaq. Onları evlənib-evlənməməsi özlərindən asılıdır. Bu gün hətta talassemiyanın artıq ağır formaları çoxalıb. Əvvəl alfa forması çox idisə, indi isə delta formasına keçib”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az