Azərbaycan və Mərakeş arasında viza rejimi ləğv edilir

17:15 - 20 İyun 2024

Azərbaycan və Mərakeş arasında viza rejimi ləğv edilir

Azərbaycan və Mərakeş arasında ümumvətəndaş pasportlarının sahibləri viza tələbindən azad edilir.


Manset.az Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb.

Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az