Konstitusiya Məhkəməsi Palatasının iclası keçirildi

12:50 - 17 İyul 2024

Konstitusiya Məhkəməsi Palatasının iclası keçirildi

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.


Məhkəmənin mətbuat xidmətindən Manset.az-a bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 234-cü maddəsinin şərh edilməsinə dair Baş Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərar qəbul edilib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun avqustun 23-nə təyin edilmiş iclasında baxılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az