Sumqayıtda evdən 31 yaşlı kişinin meyiti tapılıb.
Manset.az Report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 11-ci mikrorayonunda qeydə alınıb.
1993-cü il təvəllüdlü Sətdar Əliheydər oğlu Şıxıyevin meyiti yaşadığı evdə aşkarlanıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.