Azərbaycanlı bloqer Kamran Razmovar Azərbaycan Dəmir Yolları (ADY) ilə bağlı sosial şəbəkə hesabında video paylaşıb.
Manset.az xəbər verir ki, o, bir şəxsin çəkdiyi Ermənistandakı dəmir yolları qatarlarının vaqonlarının vəziyyətini ifadə edən videonu paylaşaraq bu ifadələri işlədib:
"Azərbaycan Dəmir Yollarından (ADY) narazı olanlar bu videonu axıra qədər izləsin".
Həmin videoda sözügedən şəxs Ermənistanın dəmir yol vağzalına gəldiyini bildirir:
"Gəlin, sizə qatarların vaqonlarının içini, oturacaqları göstərim. Bu vəziyyətdə olan vaqonlarla nəinki insan, heç kartof belə daşımaq mümkün deyil".
Qeyd edək ki, hazırda Bakıdan Tbilisiyə getmək üçün sərnişinlərə lüks qatarlarla xidmət göstərilir. Biletlərin qiyməti 36 AZN-dən başlayır.