Güləşçimiz 1/4 finalda - Paris-2024

14:29 - 09 Avqust 2024

Güləşçimiz 1/4 finalda - Paris-2024

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

 

Manset.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Meşvildişvili (4:0) 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Lxaqvaqerel Munxtur (Monqolustan) ilə görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az