"Biz seçkinin keçirilməsi ilə bağlı Azərbaycanın təcrübəsini öyrənə bilərik" - Moldovalı deputat

23:45 - 01 Sentyabr 2024

\"Biz seçkinin keçirilməsi ilə bağlı Azərbaycanın təcrübəsini öyrənə bilərik\" - Moldovalı deputat

"Moldova seçkinin keçirilməsi məsələsində Azərbaycanın təcrübəsini öyrənə bilər".

 

Manset.az Report-a istinadən xəbər verir ki, bunu Moldova parlamentinin üzvü Vitali Jakot deyib.

O qeyd edib ki, Azərbaycanda keçirilən seçkini artıq ikinci dəfədir müşahidə edir.

"Qeyd etmək istərdim ki, bu, mənim seçkidə iştirakla bağlı ikinci təcrübəmdir. Bundan əvvəl Azərbaycanda keçirilən prezident seçkisini izləmişəm. Seçki zamanı baş verən prosesləri, bütün incəlikləri və nüansları çox dərindən öyrənməyə çalışdım. Monitorinq zamanı həm infrastruktur məsələlərinə, həm də məntəqə daxilindəki ab-havaya diqqət yetirdim. Eyni zamanda məni seçicilərin məlumatlılığı da maraqlandırırdı", - bildirib.

Deputatın sözlərinə görə, seçki məntəqələrində səsvermə prosesi son dərəcə şəffaf keçib, seçicilər konstruktiv dialoqa açıq olublar.

"Hər şey çox yaxşı planlaşdırılmış və təşkil olunmuşdu. Deyə bilərəm ki, bu seçki ilə bağlı bütün gözləntilərim özünü doğrultdu", - V.Jakot vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az