“Nikosayağı” həmin maşının nömrəsini bu qiymətə satır

23:22 - 04 Sentyabr 2024

“Nikosayağı” həmin maşının nömrəsini bu qiymətə satır

“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirli qəzaya düşdüyü “Porsche” markalı avtomobilinin nömrəsini satışa çıxarıb.

 

Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, 10 GR 005 dövlət qeydiyyat nişanlı nömrə təcili satışla 16 min manata təklif olunur.

Qeyd edək ki, bir müddət əvvəl həmin avtomobilin ehtiyat hissələri çıxarılaraq ayrı-ayrılıqda satılıb.

Xatırladaq ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində bloqerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az