"15 ildir, ölkənin ilk və tək axtarış verilişi qarşınızdadır" - Xoşqədəm Hidayətqızı

13:03 - 10 Sentyabr 2024

\"15 ildir, ölkənin ilk və tək axtarış verilişi qarşınızdadır\" - Xoşqədəm Hidayətqızı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişi başlayıb.

 

Manset.az xəbər verir ki, layihə 15-ci sezonu ilə efirə qayıdıb.

Ötən gün start götürən proqramın birinci bölümündə X. Hidayətqızı güllərlə qarşılanıb: 

“Sizin qarşısınıza çıxmaq böyük məsuliyyətdir. Mən işimi, tamaşaçıları çox sevirəm. Darıxıram. Əllərim bumbuzdur. Bu, böyük eşqdir. Məni hər dəfə kövrəldirsiniz, dəyərli dostlarım, əziz tamaşaçılarımız. Güllərin içində itib-batıram. Düz, 15 ildir, ölkənin ilk və tək axtarış verilişi qarşınızdadır. Elə bil ilk dəfə başlamışam. Böyük axtarışlarımız yekunlaşıb. Artıq siz onları izləyəcəksiniz”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az