Əhaliyə sarı xəbərdarlıq edildi - DİQQƏT!

13:10 - 24 Sentyabr 2024

Əhaliyə sarı xəbərdarlıq edildi - DİQQƏT!

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.


Xidmətdən Manset.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Ordubad, Culfa, Şabran, Xaçmaz, Siyəzən, Xızı, Salyan, Neftçala, Cəlilabad, Qobustan, Göygöl, Gəncə, Samux, Goranboy, Naftalan, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Qax, Balakən, Şəki, Zaqatalada fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az