Metroda tüstülənmə: Stansiyaya giriş bağlandı - YENİLƏNİB

10:46 - 19 Oktyabr 2024

Metroda tüstülənmə: Stansiyaya giriş bağlandı - YENİLƏNİB

"Nizami" - "28 May" tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müəyyən edib, dərhal dispetçer mərkəzinə məlumat verib".


Manset.az xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib.

O bildirib ki, Bakı metropoliteninin normativ tələblərinə uyğun olaraq, dərhal yüksək gərginlik xətdən ayrılıb, FHN-in aidiyyəti qurumuna məlumat verilib:

"Nizami" stansiyası sərnişinlərin girişinə bağlanılıb. Tüstülənmənin mənbəyi dərhal müəyyən edilib. İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb.

Qatarların hərəkəti 25 dəqiqədən sonra bərpa olunub".

***
10:28

Bakı metropolitenində problem yaranıb.

Manset.az xəbər verir ki, qatarlar arasında 10 dəqiqədən çox gecikmə yaşanıb.

Problemin səbəbi hələlik məlum deyil.

Məsələ ilə bağlı müvafiq sorğu göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az