Cəlilabadda baş verən qəzada piyada xəsarət alıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan nəqliyyat vasitəsi rayon sakini, Cavid Mahmudovu vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.