48 yaşlı narkokuryer qadın tutuldu - FOTO

13:44 - 04 Yanvar 2025

48 yaşlı narkokuryer qadın tutuldu - FOTO

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən 48 yaşlı İ. Hüseynzadə saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, ondan 7 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib. Saxlanılan şəxs qazanc əldə etmək üçün narkokuryerlik etdiyini bildirib.

Faktla bağlı Goranboy RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az