Çörəkdən siqaret kötüyü çıxdı - AQTA hərəkətə keçdi

11:39 - 09 Fevral 2025

Çörəkdən siqaret kötüyü çıxdı - AQTA hərəkətə keçdi

Xəbər verdiyimiz kimi, Bakıda mağazaların birində satılan çörəyin içindən siqaret kötüyü çıxıb.

 

Manset.az Oxu.az-a istinadən cavab verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, qeyd olunan məsələ qurumun regional bölməsi tərəfindən nəzarətə götürülüb.

Agentliyin mütəxəssisləri tərəfindən faktla bağlı müvafiq araşdırmalara başlanılıb.

Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az