Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyaddakı hava limanına dünən həyata keçirilən iki ayrı raket hücumu nəticəsində 3 vətəndaşının həlak olduğunu, çox sayda insanın yaralandığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yəməndə fəaliyyət göstərən İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının son 24 saat ərzində ölkəyə 59 hava zərbəsi endirdiyini bildiriblər.
Husilərin hərbi sözçüsü Yəhya Səri ABŞ-nin X sosial şəbəkəsindəki hesabında məsələ ilə bağlı məlumat paylaşıb.
Səri bildirib ki, son 24 saat ərzində Yəmənin Səna, Əl-Cövf, Təiz, Məarib, Həccə, Səədə, Əl-Hüdeydə, Ləhic, Rəymə, İbb və Əl-Beyda vilayətlərinə 59 hava zərbəsi endirilib.
Hərbi sözçü hücumlar nəticəsində qadın və uşaqların da aralarında olduğu insanların həlak olduğunu və yaralandığını iddia edib.
O, gərginliyin artmağa başladığı vaxtdan bəri Səudiyyə Ərəbistanının Yəmənə endirdiyi hava zərbələrinin ümumi sayının 1 857-yə çatdığını qeyd edib.