logo
logo logo
logo

"Barselona"nın ulduzu "Qalatasaray"la qarşılaşmada iştirak etməyəcək - FOTO

16:58 - 09 Oktyabr 2026

\"Barselona\"nın ulduzu \"Qalatasaray\"la qarşılaşmada iştirak etməyəcək - FOTO

"Barselona"nın futbolçusu Rafinya UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qalatasaray"la keçiriləcək oyunda iştirak etməyəcək.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik açıqlama verib.

Almaniyalı mütəxəssis bildirib ki, Braziliya millisinin düşərgəsində narahatlıq yaşayan 29 yaşlı hücumçu həm "Xetafe", həm də "Qalatasaray"la qarşılaşmalarda meydana çıxmayacaq.

"Bu, zədə deyil, lakin ehtiyatlı olmalıyıq. O, ötən il üç dəfə zədə problemi yaşayıb. Bunun təkrarlanmasının qarşısını almalıyıq. Rafinya "Xetafe" və "Qalatasaray"la oyunlarda iştirak etməyəcək", - deyə Flik bildirib.

Qeyd edək ki, "Qalatasaray" - "Barselona" matçı oktyabrın 13-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Barselonanın ulduzu Qalatasarayla qarşılaşmada iştirak etməyəcək - Foto


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az