logo
logo logo
logo

Rusiyanın hücumunda ölən azərbaycanlı kapitan dəfn edildi 

14:55 - 09 Oktyabr 2026

Rusiyanın hücumunda ölən azərbaycanlı kapitan dəfn edildi 

Ukraynadan İtaliyaya taxıl daşıyan və Rusiyanın PUA hücumuna məruz qalan “Röyad Məmmədov” yük gəmisinin kapitanı Rüstəm Həsənovun nəşi Azərbaycana gətirilib.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı bildirib ki, Rüstəm Həsənov doğulduğu Masallı rayonunda torpağa tapşırılıb.

Qalib Osmanlı hücum zamanı itkin düşən gəmi aşpazı Məhəmməd Süleymanzadə ilə bağlı vəziyyətin hələ dəqiqləşmədiyini deyib.

Onun sözlərinə görə, Məhəmməd Süleymanzadənin tapılması istiqamətində işlər aparılır. Ölüm faktı isə hələ təsdiqlənməyib.

Qeyd edək ki, “Röyad Məmmədov” yük gəmisi Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə Rusiyanın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisə nəticəsində gəminin kapitanı Rüstəm Həsənov və aşpaz Məhəmməd Süleymanzadənin həlak olduğu bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az