Sabah bu ərazilərdə qaz olmayacaq

22:17 - 13 Aprel 2025

Sabah bu ərazilərdə qaz olmayacaq

Nizami rayonunun bəzi küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.


Manset.az xəbər verir ki, bu barədə Azəriqaz məlumat yayıb.

Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması məqsədilə 14.04.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-bərpa işləri aparılan müddətdə A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Özbəkistan, Ə.Hacıyev, Ə.Vəliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az