Ağstafada yük maşını aşdı - Türkiyə vətəndaşı yaralandı

00:01 - 21 Aprel 2025

Ağstafada yük maşını aşdı - Türkiyə vətəndaşı yaralandı

Bakı-Qazax-Gürcüstan yolunda yük maşını aşıb, Türkiyə vətəndaşı xəsarət alıb.


Manset.az Report.az-a istinadən xəbər verir ki, hadisə magistral yolun Ağstafa rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə vətəndaşı 1974-cü il təvəllüdlü Fərruh Perçinin idarə etdiyi “TIR” tipli yük avtomobili aşıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az