Sahibkarlara əlverişli və rahat bankçılıq
xidmətləri təqdim edən Birbank Biznes bu dəfə Gəncə şəhərində və ətraf
regionlarda yaşayan sahibkarlar üçün satış yarmarkası təşkil etdi. Bankın dəstəyi
ilə həyata keçirilən layihə “Pasha Malls” və “Pasha Real Estate”in tərəfdaşlığı
ilə “Gəncə Mall”da baş tutdu. Layihənin əsas məqsədi regionda fəaliyyət göstərən
sahibkarın bizneslərini və şəxsi inkişafını dəstəkləmək idi.
30-a yaxın sahibkarın ödənişsiz qoşulduğu
tədbir yerli sakinlər tərəfindən böyük maraqla qarşılandı. Yarmarka
sahibkarlara yeni tanışlıqlar, biznes əlaqələri qurmaq, məhsul və xidmətlərini
daha geniş auditoriyaya təqdim etmək imkanı yaratdı.
Layihə ilə bağlı fikirlərini bölüşən
Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə bu kimi təşəbbüslərin
davamlı olacağını qeyd etdi: “Biz Kapital Bank olaraq 2018-ci ildən
sahibkarlığın inkişafına dəstək göstərməyi öz strateji hədəflərimizdən biri
olaraq seçdik. Bu istiqamətdə atdığımız ən mühüm addımlardan biri Birbank
Biznes mobil tətbiqinin istifadəyə verilməsi oldu. Sahibkarlar artıq istehsal
sahələrini, ofislərini və ünvanlarını tərk etmədən bir neçə dəqiqəyə bank xidmətlərindən
yararlanaraq zamanlarını bizneslərinin inkişafına sərf edə bilirlər. Bununla
yanaşı, bu gün baş tutan tədbir kimi onlarla layihə də məhz sahibkarlar üçün təşkil
olunur. Çünki biz bilirik ki, ölkə iqtisadiyyatının lokomotivi kiçik və orta
sahibkarlıqdır. Ona görə də onların həm bizneslərinə, həm də şəxsi
inkişaflarına dəstək verməyə davam edirik.”
Qeyd edək ki, Birbank Biznes sahibkarların
bir-biri ilə şəbəkələşməsi və yeni bazarlara çıxış imkanlarının artırılması
istiqamətində layihələrini davam etdirəcək.
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.