“Technofest” yenidən Azərbaycanda keçirilə bilər" - Selçuk Bayraktar

17:07 - 02 May 2025

“Technofest” yenidən Azərbaycanda keçirilə bilər\" - Selçuk Bayraktar

"“Technofest” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı yenidən Azərbaycanda təşkil oluna bilər".


Manset.az Report.az-a istinadən xəbər verir ki, bunu  açıqlamasında “Technofest”in İdarə Heyətinin sədri, "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.

O, qeyd edib ki, bu festivalın qardaş ölkələrdə - türk dünyasında keçirilməsi planlaşdırılır.

"Türk kimi ən yaxşı olanı yaratmaq hissi keçirmək baxımından və müstəqillik üçün belə tədbirlər vacibdir. Bu səbəbdən artıq 11-ci “Technofest” həyata keçirilir. Festival ölkələr arasında mədəni və texnoloji mübadilənin aparılmasında mühüm rol oynayır”, - deyə S.Bayraktar əlavə edib.

Şimali Kiprin paytaxtı Lefkoşada təşkil olunan sayca 11-ci “Technofest" mayın 4-nə qədər davam edəcək. Festivalı yerli Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) dəstəkləyir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv