Bakıda bu küçənin təmiri yekunlaşmaq üzrədir - VİDEO

10:44 - 12 May 2025

Bakıda bu küçənin təmiri yekunlaşmaq üzrədir - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İnvestisiya Proqramına uyğun olaraq, Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində şəhid Elmaz Hacıyevin adını daşıyan küçədə apardığı təmir işlərini yekunlaşdırmaq üzrədir.


Manset.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Sözügedən küçənin uzunluğu 620, hərəkət hissəsinin eni 6 metr təşkil edir. 

Təmir çərçivəsində küçədə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb. Hazırda son mərhələdə olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir. 



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv