Yeni körpünün inşasına start verildi - FOTO/VİDEO

14:46 - 13 May 2025

Yeni körpünün inşasına start verildi - FOTO/VİDEO

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrliyində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün tikintisinə başlanılıb.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur.

Xatırladaq ki, sel suları nəticəsində mövcud körpünün 4 nömrəli dayağında şaquli oxdan çıxaraq əyilmə müşahidə olunub. Bu səbəbdən də körpü ilə nəqliyyatın hərəkəti dayandırılıb. Daha sonra isə bərpa işləri aparılaraq körpü müvəqqəti olaraq istifadəyə verilib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv