Azərbaycandan neçə nəfər "Green Card" qazandı?

09:57 - 14 May 2025

Azərbaycandan neçə nəfər \"Green Card\" qazandı?

Bu il Azərbaycandan 1 730 nəfər ABŞ-də yaşamaq icazəsi verən "Green Card" lotereyasının qalibi olub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, nəticələr lotereyanın rəsmi saytında dərc edilib.

Özbəkistan 2025-ci il "Green Card" lotereyasını qazananların sayına görə lider ölkə olub. Mərkəzi Asiya ölkəsindən 5 564 nəfərin bəxti gətirib. İkinci yerdə 5 526 qaliblə Əlcəzair, üçüncü yerdə isə 5 519 nəfərlə Rusiya yer alıb.

Ümumi 55 000 qalib arasında hər onuncu şəxs Özbəkistan vətəndaşıdır. Digər yaxın ölkələrə gəlincə: İran - 5 267 qalib, Qırğızıstan - 3 095, Tacikistan - 2 982, Ermənistan - 2 971, Qazaxıstan - 2 004, Gürcüstan isə 1 342 qaliblə builki lotereyanı başa vurub.

Ən aşağı nəticələr isə Venesuela, Bruney, Vatikan, Marşall və Norfolk adalarında qeydə alınıb. Burada lotereyanın qalibi olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az