İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən azad edilib.
Manset.az xəbər verir ki, onun işdən ayrılmasına səbəb səhhətində yaranan problem olub. Bu barədə Ruslan Məmmədov özü məlumat verib:
"Səhhətimlə əlaqədar olaraq, aprel ayının 1-dən öz xahişimlə İmişli Rayon İcra Hakimiyyəti başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən ayrılmışam. Yaxın dostlar, çevrəm bundan xəbərdardır. Hazırda ev şəraitində müalicə alıram. Bir neçə gündən sonra isə əməliyyat olunacam".
Qeyd edək ki, Ruslan Məmmədov 2024-cü ilin may ayında İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini-Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.