Rayona köçmək istəməyən arvadını döyüb evdən qovdu

16:54 - 14 May 2025

Rayona köçmək istəməyən arvadını döyüb evdən qovdu

Abşeronda ər rayona getmək istəməyən arvadını döyüb evdən qovub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

1983-cü il təvəllüdlü Fərasət Məcidov (adı və soyadı şərtidir) rayondan gəlib, Abşeron rayonunun Xırdalan qəsəbəsində məskunlaşıb. Onların birgə nikahdan 3 övladları dünyaya gəlib. Bir neçə il ailəsi ilə birlikdə Xırdalanda yaşayan F.Məcidov bir müddət sonra iş tapa bilməyib və içkiyə qurşanıb. Dolanışıq səviyyəsinin get-gedə çətinləşdiyini görən ər ailəsi ilə birlikdə rayona qayıtmaq istəyib. Amma həyat yoldaşı övladlarının Xırdalan şəhərində orta məktəbdə təhsil aldıqlarını əsas gətirərək rayona köçməkdən imtina edib. Bundan əsəbiləşən F.Məcidov həyat yoldaşı ilə mübahisə edib. Mübahisə nəticəsində o, arvadını döyərək kirayə yaşadığı evdən qovub.

İşə polis qarışıb və faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmə tərəflərin barışdığını nəzərə alıb, ər həyat yoldaşına vurduğu ziyanı ödədiyi üçün cinayət işinə xitam verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv