Bu şirkət 40 min cərimə edildi

18:06 - 15 May 2025

Bu şirkət 40 min cərimə edildi

Azərbaycanda fəaliyyət göstərən taksi şirkəti külli miqdarda cərimə edilib.


Manset.az Avtosfer.az-a istinadən xəbər verir ki, “Milli Taxi” MMC 40 min manat cərimələnib.

Qeydiyyata alınmadan taksi fəaliyyəti göstərən şirkət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə verilib.

Yasamal Rayon Məhkəməsi MMC-nin 40 min manat cərimələnməsi barədə qərar çıxarıb. Lakin şirkət bu qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə üz tutub.

Apellyasiya Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 326-2.1-ci maddəsinə əsasən təyin edilmiş 40 min manatlıq cəriməni qüvvədə saxlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv