Sabiq vəzifəli şəxsə elektron qolbaq taxıldı

11:24 - 19 May 2025

Sabiq vəzifəli şəxsə elektron qolbaq taxıldı

Qusar Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Q.Q.-nin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Manset.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza təyin edilib.

İttihama görə, Q.Q. Qusar Rayon Mərkəzi Xəstəxanasının maliyyə şöbəsinin hesabatlıq bölməsinin xəzinədarı vəzifəsində çalışıb. O, 2023-cü illərdə xəstəxananın 20 045.82 manat pulunu mənimsəyib.

Q.Q. istintaq dövründə törətdiyi cinayət əməlini səmimi etiraf edib. Bildirib ki, mənimsədiyi pulları xəstəxanaya geri qaytarıb, əməlindən peşmançılıq hissi keçirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az