Yol polisini təhdid edən sürücü həbs olundu

18:57 - 26 May 2025

Yol polisini təhdid edən sürücü həbs olundu

Bakıda “Opel” markalı avtomobilin sürücüsü Sərxan Məmmədov saxlanılıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, eyni anda iki qayda pozuntusu edən sürücü saxlanılıb və barəsində protokol tərtib edilib. 

Məlumata görə, sürücü DYP əməkdaşlarını şantaj etmək məqsədilə guya onlara pul verməsi ilə bağlı saxta videogörüntü çəkərək sosial şəbəkələrdə paylaşıb. 

YPX əməkdaşı ilə sürücü arasındakı dialoq yol polisinin yaxa kamerası ilə qeydə alınıb. Məlum olub ki, yol polisi sürücüdən pul istəməyib.

S.Məmmədov əməlini etiraf edib və həbs olunub.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv