1
iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən
ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür” sosial layihəsi çərçivəsində
təşkil olunan tədbirdə daun sindromlu uşaqlar və onların valideynləri ilə birgə
sevinc dolu anlar yaşanıb.
Layihənin
əsas məqsədi daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların
özlərinə inamını gücləndirmək və hər kəsin diqqətini bu mövzuya yönəltmək olub.
Uşaqlar “Dance Ability” metodologiyası əsasında hazırlanan interaktiv rəqs
proqramında iştirak ediblər. Bu metod hər kəsin istisnasız olaraq özünü ifadə
edə biləcəyi inklüziv bir rəqs növüdür. Tədbirdə həmçinin uşaqlar üçün müxtəlif
əyləncəli oyunlar da keçirilib. İnflunserlərin də qoşulduğu tədbir balacalar
üçün şən oyunlar, maraqlı fəaliyyətlər və bol gülüş dolu anlarla yadda qalıb.
Qeyd
edək ki, “Hər şey mümkündür” layihəsi
ilk dəfə 2021-ci ildə Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın birgə həyata
keçirdiyi “Ürəklərlə ianə et” aksiyası çərçivəsində toplanan vəsait hesabına
daun sindromlu uşaqlar üçün həyata keçirilib. “Hər şey mümkündür” layihəsi hər
bir fərdin potensialını üzə çıxarmaq və onların sosial həyata aktiv
qoşulmalarını təşviq etmək məqsədi daşıyır. Layihə çərçivəsində müxtəlif
yaradıcı fəaliyyətlər, inklüziv tədbirlər təşkil olunur.
Ətraflı məlumat üçün link: https://bit.ly/USQLR
“Red
Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə “Kapital Bank” ASC-nin bir qrup əməkdaşı
tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. 2020-ci ildə dövlət
qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət
edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris,
maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə
çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti
ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək
sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.