"Kristal Abşeron" rebrendinq etdi!
Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Abşeron" 31 may tarixində "Gülüstan" sarayında keçirilən rebrendinq tədbirində yeni loqotipini və brend kimliyini ictimaiyyətə təqdim edərək fəaliyyətini artıq "Kristal" adı ilə davam etdirdiyini elan edib.
Şirkətin yeni brendinq və kommunikasiya
strategiyası artıq daha aydın, daha peşəkar və hər şeydən öncə daha insanmərkəzli
olacaq.
Tədbirin açılış nitqini "Kristal"ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev səsləndirib. O, çıxışında şirkətin 22 illik fəaliyyəti dövründə əsaslandığı dəyərlərdən, həmçinin rebrendinq prosesinin şirkətin mövcud dəyərlərini qorumaq və onları daha çağdaş yanaşmalarla, yeni baxış bucaqları ilə zənginləşdirmək məqsədi daşıdığından bəhs edib.
Rebrendinq çərçivəsində kristalabsheron.az saytı kristal.az saytı ilə əvəzlənib. İnsanmərkəzli yanaşmadan yola çıxaraq, yeni saytda bütün məlumatlar istifadəçilər üçün daha aydın və daha əlçatandır. "Kristal"ın ən önəmli yeniliklərindən biri isə əmlak sektorunda bir ilk olacaq mobil tətbiqidir. Bu smart tətbiq 30-dan çox funksiya ilə sakinlərin həyat komfortuna xidmət edəcək.
Tikinti sektorunda etibarlılıq, dürüstlük və
keyfiyyət prinsiplərinə əsaslanan "Kristal" bu gün yenilənmiş imici
ilə həmin dəyərlərə sadiq qalaraq yoluna davam edir.
Rebrendinq tədbirində "Kristal"ın
kollektivi, dövlət qurumları və özəl sektor nümayəndələri iştirak ediblər.
Tədbirin bədii hissəsi musiqili konsert
proqramı ilə davam edib.
Ətraflı: *1544