"Laçına təyyarə ilə gedirik"

19:30 - 02 İyun 2025

\"Laçına təyyarə ilə gedirik\"

"Ötən il MDB Humanitar Əməkdaşlıq Şurasının qərarıyla Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı seçilib".


Manset.az xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədri Rəşad Məcid öz sosial şəbəkə hesabında yazıb.  

O qeyd edib ki, Laçın bu estafeti Özbəkistanın qədim Səmərqənd şəhərindən təhvil alıb:

"MDB-yə üzv ölkələrdən gələn rəsmilər, incəsənət nümayəndələri, bədii kollektivlər və media mənsubları “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimində iştirak etmək üçün təyyarəylə Laçına yola düşür. Bir neçə gün öncə Laçında möhtəşəm tədbirlərin inanılmaz həyəcanından sonra belə bir səfərin iştirakçısı olmaq qürurvericidir".



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az