Sabah Bakının bu ərazilərində qaz olmayacaq

22:14 - 02 İyun 2025

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabah Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonundakı mövcud qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb.

"İşlərin yekunlaşdırılması məqsədilə 03.06.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Ə.Əhmədov, D.Bünyadzadə, M.Xiyabani, M.Mirzəyev, Kənar Dairəvi, 7-ci Alatava, General Həmidov, Ü.Əkbərov, X.Mustafayev, X.Dadaşov, Z.Kərimov, Şərifzadə küçələrinin və 2-ci Alatava qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv