"Azəriqaz" İB Qarabağ RQİİ-də görülən işlərlə tanış oldular - FOTOLAR

11:41 - 03 İyun 2025

\"Azəriqaz\" İB Qarabağ RQİİ-də görülən işlərlə tanış oldular - FOTOLAR

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi yanında İctimai Şura üzvləri Qarabağ Regional qaz istismarı İdarəsinə səfər ediblər.


Manset.az xəbər verir ki, səfər çərçivəsində ilk olaraq Regional İdarədə əməkdaşlara yaradılan şəraitlə tanış olublar.

Daha sonra Xankəndi xidmət sahəsinin inzibati binasında aparılan təmir işlərinə baxış keçirilib. İctimai Şura üzvləri məmnunluq səviyyəsinin öyrənilməsi məqsədilə Xocalı rayonunun Ballıca kəndində abonentlərlə də görüş keçiriblər. Ballıca sakinləri kənddə fərdi yaşayış evləri ilə yanaşı, təhsil ocağının da mavi yanacaqla təmin edildiyini, təbii qazın verilişində heç bir problemin olmadığını diqqətə çatdırıblar. İctimai Şuranın sədri Elçin Salmanov abonentlərə dayanıqlı, təhlükəsiz və daha da keyfiyyətli xidmətin vacibliyini diqqətə çatdıraraq bu istiqamətdə "Azəriqaz" İB-nin böyük işlər gördüyünü vurğulayıb.

Səfərin davamı olaraq Xocalı rayonunun Təzəbinə kəndinə də baş çəkilib. Sözügedən kəndə daşıyıcı qaz kəmərinin çəkilişi ilə bağlı məlumat verilib. İctimai Şuranın üzvləri Qarabağ Regional qaz istismarı İdarəsinin xidmət sahələrində görülən işləri yüksək qiymətləndirərək Birlik kollektivinə gələcək işlərində uğurlar arzulayıblar.

Bundan əlavə, səfər İctimai Şuranın üzvü Qorxmaz İbrahimlinin doğum gününə təsadüf etdiyindən "Azəriqaz" İB yanında İctimai Şuranın fəaliyyətində fəal iştirakına və 60 illik yubileyi münasibəti ilə ona Birlik rəhbərliyi adından Təşəkkürnamə təqdim olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv