“Kristal”dan yeni
veb-sayt – mənzil axtarışı artıq daha asan!
“Kristal” rebrendinq çərçivəsində
tamamilə yenilənmiş və funksional imkanlarla zənginləşdirilmiş www.kristal.az veb-saytını ictimaiyyətin istifadəsinə təqdim
edib. Yeni sayt müasir istifadəçi tələblərinə cavab verən dizaynı, geniş məlumat
bazası və rahat interfeysi ilə həm mənzil axtaranlar, həm də daşınmaz əmlak sahəsində
qərar vermək istəyən investorlar üçün əvəzolunmaz rəqəmsal platformaya
çevrilir.
Bütün layihələr bir toxunuşla qarşınızda. Yenilənmiş kristal.az veb-saytı vasitəsilə istifadəçilər artıq “Kristal” şirkətinin təhvil verilmiş və inşası davam edən bütün layihələri, onların yerləşdiyi ərazilər, mənzillərin sahələri, otaq sayı, təklif olunan qiymət aralıqları və digər vacib parametrlər haqqında ətraflı məlumat əldə edə biləcəklər. Yeni platforma bu məlumatları sadə, vizual və rahat formada təqdim edərək istifadəçiyə seçim prosesini daha aydın və sürətli şəkildə aparmağa şərait yaradır.
Birbaşa inteqrasiyalı təkmilləşdirilmiş mənzil axtarış sistemi və ipoteka kalkulyatoru. Saytda inteqrasiya edilmiş dəqiq ipoteka kalkulyatoru vasitəsilə istənilən mənzil üzrə ilkin ödənişi, aylıq ödənişləri və ümumi kredit dəyərini bir neçə saniyə ərzində hesablamaq mümkündür. Bununla yanaşı, saytın ən innovativ funksiyalarından biri olan mənzil müqayisə bölməsi alıcılara eyni anda bir neçə mənzilin texniki və maliyyə göstəricilərini paralel şəkildə analiz etməyə, daha doğru qərar verməyə imkan yaradır.
Mənzilləri müqayisə et, rahat seçim et. Yeni sayt həm də vizual təcrübəni gücləndirən alətlərlə zəngindir. 3D mənzil planları vasitəsilə istifadəçilər mənzilin planını və yerləşməsini daha yaxşı təsəvvür edə bilərlər. Əlavə olaraq, interaktiv xəritə funksiyası istifadəçilərə layihələrin coğrafi yerləşməsini vizual olaraq araşdırmağa, şəhərin müxtəlif bölgələrində yerləşən layihələr arasında rahatlıqla seçim aparmağa şərait yaradır.
Mənzillər,
kampaniyalar, vakansiyalar – hamısı bir platformada. Artıq sayt üzərindən layihəyə birbaşa görüş təyin
etmək də mümkündür. İstifadəçilər istədikləri layihəni seçərək özlərinə uyğun
vaxtda şirkətlə əlaqə qurmaq və layihə ilə əyani tanışlıq üçün görüş sifariş
etmək imkanına sahibdirlər. Eyni zamanda, saytda hazırda satışda olan bütün mənzillər,
xüsusi kampaniyalar, şirkətlə bağlı son xəbərlər və mövcud vakansiyalar bir
yerdə təqdim olunur.
https://www.youtube.com/watch?v=bUT-qYGm07Q
Xəyalındakı mənzili
bəyən və ya sevdiklərinlə paylaş.
Yeni platforma həmçinin sosial paylaşım funksiyaları ilə də təkmilləşdirilib.
İstifadəçilər bəyəndikləri mənzilləri bir kliklə dostları və yaxınları ilə
paylaşa bilər, beləliklə seçim prosesində çevrələrinin rəyini də nəzərə ala bilərlər.
Ətraflı məlumat üçün: *1544
Kristal – Bütün layihələr bir
toxunuşla qarşınızda.