Bu gün Xankəndi şəhərinə və ətraf yaşayış məntəqələrinə küləklə müşahidə olunan leysan xarakterli yağış yağıb, dolu düşüb.
Manset.az Report.az-a istinadən xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, günün ikinci yarısından etibarən davam edən qeyri-sabit hava şəraiti şəhər təsərrüfatına ziyan vurmayıb.
Şəhərin komunal təsərrüfatında elektrik enerjisi, içməli su və təbii qaz verilişində məhdudiyyət yaranmayıb.
Bildirilib ki, bu dəqiqələrdə də yağış yağır, güclü şimşək çaxır.