Tibbi maskalardan istifadə edin - Nazirlikdən XƏBƏRDARLIQ

17:04 - 03 İyun 2025

Tibbi maskalardan istifadə edin - Nazirlikdən XƏBƏRDARLIQ

Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.


Bu barədə Manset.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə aşağıdakı tövsiyələri verir:

    Kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə edin;
    Əl gigiyenasına ciddi riayət edin;
    Gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verin;
    Geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın.
    Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    xidmet.tv
    xidmet.tv