Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rahid Ələkbərli vəzifəsindən azad edilib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov iyunun 3-də sərəncam imzalayıb.
Qeyd edək ki, R. Ələkbərli bu vəzifəyə 2023-cü ilin oktyabrında təyin olunmuşdu.