“Ancaq pul qazanmaq barədə düşünürlər” - Tanınmış jurnalist “Azercell”i tənqid etdi

23:45 - 03 İyun 2025

“Ancaq pul qazanmaq barədə düşünürlər” - Tanınmış jurnalist “Azercell”i tənqid etdi

Tanınmış telejurnalist, İctimai Televiziyanın aparıcısı Nigar Sabirqızı "Azercell”in tarifləri artırmaqla bağlı son qərarlarını kəskin tənqid edib.


Manset.az xəbər verir ki, Nigar Sabirqızı  bu barədə öz sosial şəbəkə hesabında yazıb.

""Azercell” Azərbaycanın ən öndə gedən şirkətlərindən biridir. Qiymət artımına münasibət bildirməyəcəm, çünki mübahisəli məsələdir. Məni belə böyük şirkətin öz istifadəçilərinə qarşı hörmətsizliyi təəccübləndirdi. İki gündür hamı "Azercell”in qiymət artımından danışır, şirkət yeni qərarını sadə dillə izah etməyi lazım bilmir. 

Bir şirkət sübut etdi ki, ancaq pul qazanmaq barədə düşünür, ona pul qazandıran istifadəçilər ona maraqlı deyil. Sizcə, başqa ölkədə şirkətlər öz müştərisinə belə hörmətsizlik edər? Əslində "Azercell”in primitiv reklamları bu şirkət haqqında hər şeyi deyir. Təkcə onun da yox. Bizdə öz bahalı şirkətini ucuz reklam etdirmək adi haldır. Məsələn, "Türkcell”in reklamları filmə bənzəyir, "Azercell”in reklamları multfilmə".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv