Qanunsuz dini yığıncaq təşkil edənlər ölkədən çıxarıldı - DTX əməliyyat keçirdi 

17:38 - 04 İyun 2025

Qanunsuz dini yığıncaq təşkil edənlər ölkədən çıxarıldı - DTX əməliyyat keçirdi 

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti birgə məlumat yayıb.


Manset.az-ın xəbərinə görə, birgə məlumatda deyilir ki, qanunsuz dini təbliğat fəaliyyətini təşkil edən əcnəbilər barədə hüquqi tədbirlər görülüb.

Xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ərazisində qanunvericiliyin tələblərini pozaraq dini təbliğat işi aparmaları ilə bağlı daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin birgə həyata keçirdikləri tədbirlər nəticəsində başqa dövlətin ərazisində yerləşən dini mərkəzin üzvləri olan əcnəbilər - 1968-ci il təvəllüdlü Şeyx Məhəmməd Hənif (Shaikh Muhammad Hanif), 1981-ci il təvəllüdlü Kərim Bux (Kareem Bux) və 1968-ci il təvəllüdlü Çanna Tac Məhəmmədin (Channa Taj Muhammad) Azərbaycanda qeyri-ənənəvi dini cərəyana aid ideyaların təbliği istiqamətində fəaliyyət göstərmələri, qanunsuz qapalı dini yığıncaqlar və dini ayinlərin icrasını təşkil etmələri təsbit olunub.

Toplanmış materiallar əsasında, adları qeyd olunan xarici ölkə vətəndaşlarının “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd fəaliyyət göstərmələri müəyyənləşdirilərək onların bu əməllərinin qarşısı alınıb və həmin şəxslər AR Miqrasiya Məcəlləsinin 79.1.2 maddəsinə əsasən ölkə hüdudlarından kənara çıxarılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv