Qurban bayramı münasibətilə “Avrora
Qrup” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə
təşkilatçılığı ilə Səbail rayonunda yaşayan aztəminatlı ailələrə sosial dəstək
məqsədilə yardım aksiyası keçirilib.
Manset.az xəbər verir ki, aksiya çərçivəsində rayonda
məskunlaşan 120-dən çox aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb. Yardım
paketlərinə gündəlik tələbat malları, ərzaq məhsulları və bayram süfrəsi üçün
lazım olan müxtəlif qidalar daxil edilib. Aksiyanın əsas məqsədi bayram
günlərində sosial həssas təbəqəyə mənsub ailələrə qayğı və diqqəti artırmaq,
cəmiyyətimizdə paylaşma və həmrəylik ənənəsini gücləndirmək olub.
Məlumat üçün bildirək ki, “Avrora
Qrup” 2025-ci ilin “Korporativ sosial məsuliyyət” proqramında aztəminatlı
ailələrə xüsusi yer ayrılmışdır və bu istiqamətdə silsilə tədbirlər həyata
keçirilməkdədir. Proqramın məqsədi sosial təminatı zəif ailələrə müxtəlif
istiqamətlərdə dəstək olmaq, daim diqqətdə saxlamaqdır.