Qurban bayramı və tətil günləri ilə əlaqədar olaraq paytaxtdan bölgələrə səfər edən vətəndaşların sayında artım gözlənilir. Bu səbəbdən, həm şəhərdaxili, həm də respublika yollarında nəqliyyat sıxlığının yaranması və qəza riskinin artması ehtimal olunur.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Yol hərəkətində təhlükəsizliyin təmin olunması məqsədilə sürücüləri aşağıdakı vacib qaydalara əməl etməyə çağırır:
- Avtomobildə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə edin;
- Nəqliyyat vasitəsinin texniki sazlığını öncədən yoxlayın;
- Mümkün olduqda səhər saatlarında yola çıxın;
- Nəqliyyat vasitəsi istehsalçısı tərəfindən müəyyən edilmiş saydan artıq uşaqlar da daxil olmaqla sərnişin daşımayın;
- Sürət həddini aşmayın, ötmə manevrlərini yalnız qaydalara uyğun şəkildə həyata keçirin;
- Sərxoş və ya yorğun vəziyyətdə sükan arxasına əyləşməyin;
“Polis əməkdaşları bayram günlərində də respublika yollarında və şəhər ərazilərində fasiləsiz xidmət göstərir, sizin təhlükəsiz və rahat istirahətiniz üçün çalışırlar”, - məlumatda vurğulanıb.