Əməkdaşların
peşəkar və şəxsi inkişafını prioritet hesab edən Kapital Bank bu yanaşmanın
davamı olaraq 2024-cü ilin sentyabr ayında bank liderlərinin inkişafına yönələn
“Leading for Organizational Impact” proqramına start verib. 18 nəfərdən ibarət
rəhbər heyət üçün hazırlanan proqram liderlik sahəsində aparıcı institutlardan
biri olan “Center for Creative Leadership” (CCL) ilə tərəfdaşlıq çərçivəsində həyata
keçirilir. Üç modullu proqram çərçivəsində iştirakçılar həm nəzəri, həm də
praktiki liderlik bacarıqlarını qlobal trendlər və qabaqcıl idarəetmə
yanaşmaları ilə möhkəmləndirirlər.
Layihə
çərçivəsində bankın lider heyəti ING, Lloyds Bank London və OTP Bank kimi
nüfuzlu maliyyə institutlarının yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə
Amsterdam şəhərində keçirilən praktiki sessiyalara qatılıblar. Belə ki, ING
Bank-ın Maliyyə Cinayətkarlığının Qarşısının Alınması üzrə Qlobal rəhbəri Ivar
Lammers, ING Bank-ın Süni İntellekt və Müştəri Təcrübəsi üzrə Direktoru Bart
Jansen, Lloyds Bank London-un Ödənişlər və İnkişaf üzrə Direktoru Samantha
Emery və OTP Bank-ın Bank Əməliyyatları üzrə Direktoru Aleksandra Brdar Turk tərəfindən
müasir bankçılıq trendləri, maliyyə cinayətkarlığının qarşısının alınması, süni
intellektin tətbiqi və müştəri təcrübəsinin inkişafı kimi aktual mövzular ətrafında
müzakirələr aparılıb.
Həmçinin
bu təşəbbüsün davamı olaraq, 2-5 iyun 2025-ci il tarixlərində qlobal ödəniş
texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən olan Visa ilə əməkdaşlıq
çərçivəsində bankın rəhbər heyətinin nümayəndələri Money 20/20 Europe forumunda
da iştirak edibrlər. Belə ki, bankın liderləri tədbir zamanı aparıcı beynəlxalq
banklarla təcrübə mübadiləsi aparır, qabaqcıl rəqəmsal bankçılıq və fintex
trendləri ilə tanış olur, həmçinin sektorun ən son yeniliklərinin təqdim
olunduğu müxtəlif vörkşoplarda fəal şəkildə yer alırlar.
Tədbir
haqqında fikirlərini bölüşən bankın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati
inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova bildirib: “ Liderlik DNT-mizin təməl
prinsiplərindən biri də məhz özümüzün lideri olmağı daim öyrənməyi, inkişaf etməyi,
innovasiyalar və qlobal təcrübə ilə ayaqlaşmağı təbliğ edir. Bununla bərabər rəqabətli
və daim dəyişən maliyyə bazarında güclü mövqeyimizi qorumaq və daha da möhkəmləndirmək
üçün qlobal səviyyədə ən yaxşı təcrübələri izləmək və düzgün şəkildə tətbiq etmək
bizim üçün vacibdir. Düşünürəm ki, istər bu təcrübə proqramının təşkili, istərsə
də Money 20/20 Europe kimi beynəlxalq tədbirdə iştirak liderlərimizin strateji
yanaşmasını daha da gücləndirəcək və bankımızın inkişafına dəyər qatacaq.
Qlobal səviyyədə liderlik bacarıqlarının formalaşdırılması və innovativ
yanaşmaların öyrənilməsi bizim üçün sadəcə seçim deyil – bu, liderlik yolumuzun
ayrılmaz hissəsidir”.
Qeyd
edək ki, Money 20/20 Europe maliyyə xidmətləri və texnologiyaları sahəsində
dünyanın aparıcı banklarını, fintex şirkətlərini, ödəniş platformalarını və tənzimləyici
qurumların nümayəndələrini bir araya gətirən ən böyük beynəlxalq tədbirlərdən
biridir. Forumun əsas məqsədi maliyyə sahəsində innovasiyaların, rəqəmsal
transformasiya trendlərinin və yeni əməkdaşlıq modellərinin təşviq olunmasıdır.