Saatlarla telefona baxmağın zərərləri

08:30 - 06 İyun 2025

Saatlarla telefona baxmağın zərərləri

Hər gün saatlarla telefonda asılı vəziyyətdə qalmaq bədəninizə və psixikanıza  zərər verir. Bu vərdiş əyilən baş sindromundan, yuxusuzluğa, depressiyaya qədər apara bilər. 


Manset.az Lent.az-a istinadən xəbər verir ki, telefonda uzun müddət vaxt keçirmək sadəcə göz yorğunluğu ilə bitmir, orqanizmdə xroniki xəstəliklərə və həyat keyfiyyətinin pisləşməsinə gətirib çıxaran ciddi dəyişikliklərə səbəb ola bilər.


Əyilən baş sindromu və xroniki bel ağrısı

Ən geniş yayılmış fiziki problemlərdən biri əyilən baş sindromudur. Telefon ekranına baxarkən başımız irəli əyilir. Başın çəkisi 4–5 kiloqram olsa da, 15 dərəcə əyildikdə boyna düşən yük 12 kiloqram, 60 dərəcə bucaq altında isə 27 kiloqrama qədər artır! Bu, sanki 5 yaşlı bir uşağın boynunuzda saatlarla oturması kimidir.

Bu yüklənmə boyun, çiyin və yuxarı kürək əzələlərini həddindən artıq gərginləşdirir, nəticədə xroniki ağrılar, spazmlar, gərginlik tipli baş ağrıları, onurğa degenerasiyası (osteoxondroz, disq yırtığı və protruziyalar), düzgün olmayan duruş və boyun bölgəsində “qozbel” yaranır.

Görmə problemləri: “quru gözlər”dən tutmuş miopiyaya qədər

Telefon ekranları mavi işıq yayır. Bu işıq və uzunmüddətli yaxın məsafəyə baxış, eləcə də azalmış göz qırpma tezliyi görmə problemlərinə yol açır. Quru göz sindromu ekran qarşısında olanda göz qırpma 30-50 faiz azalır. Nəticədə gözlərdə quruluq, yanma, qaşınma və “qum” hissi yaranır.

Miopiya (yaxıngörmə) uzun müddət yaxın məsafəyə baxmaq göz akkomodasiyasını yükləyir və xüsusilə uşaqlarda miopiyanın inkişafına səbəb ola bilər.

Katarakta  mavi işığın bu xəstəliklərlə əlaqəsi hələ tam sübut olunmasa da, uzunmüddətli göz gərginliyi risk faktorudur.

Yuxu pozuntuları 

Mavi işıq melatonin hormonunun yuxuya cavabdeh hormonun istehsalını azaldır.

Yuxusuzluq telefonla yatmazdan əvvəl məşğul olmaq (xüsusilə qaranlıqda) beynə “hələ gündüzdür” siqnalını göndərir və bu, yuxuya getməni çətinləşdirir. Xroniki yorğunluq keyfiyyətsiz yuxu diqqət pozğunluğu, əsəbilik və gündəlik məhsuldarlığın azalmasına səbəb olur.

Psixi sağlamlığa təsir: təşviş, depressiya, asılılıq 

Sosial izolasiya və depressiya virtual şəbəkələrdə çox vaxt keçirmək real həyatda təcrid hissi yaradır. Başqalarının “ideal” həyatını izləmək insanı öz həyatından narazı salır və depressiyaya gətirib çıxarır.

Təşviş və FOMO (nəyisə qaçırmaq qorxusu)  bildirişləri daim yoxlamaq xroniki stress və narahatlığa səbəb olur.

Asılılıq telefon istifadəsi davranış asılılığına çevrilə bilər. Bu zaman insan real ehtiyaclarını və sosial əlaqələrini görməzdən gəlir.

Koqnitiv funksiyaların zəifləməsi davamlı diqqət yayındırılması və tez-tez informasiya dəyişməsi dərin düşüncə və uzunmüddətli yaddaş qabiliyyətini zəiflədir.

Fiziki aktivliyin azalması və piylənmə

Oturaraq və ya uzanaraq keçən saatlar hərəkətsizliyə və bunun nəticəsində artıq çəki, piylənmə, 2-ci tip diabet, ürək-damar xəstəliklərinə yol açır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv