Azərbaycan ərazisinə keçmiş 2 erməni Ermənistana qaytarıldı

22:50 - 06 İyun 2025

 Azərbaycan ərazisinə keçmiş 2 erməni Ermənistana qaytarıldı

Ermənistanın Azərbaycanla sərhəd Sünik (Zəngəzur) bölgəsində 17-18 yaşlı iki gənc itkin düşüb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sərhəddəki Tex kəndinin sakinləri 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci ildə anadan olmuş Andrey Qyaquns gecə saat 01:20 radələrində Aravus kəndi yaxınlığında itkin düşüblər.

Onların azaraq Azərbaycan ərazisinə keçdiyi ehtimal edilir.

Qeyd edək ki, Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.

***

12:32

Ermənistanın Zəngəzur (Sünik) rayonunun Dığ kəndinin iki azyaşlı sakini azaraq Azərbaycan ərazisinə keçib.

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) adlı şəxslər Ərəvus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə düşüblər.

Bildirilir ki, onlar Azərbaycan ərazisinə keçmiş ola biləcək mal-qaranı qovurmuşlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv