Goranboyda yağan leysan nəticəsində fəsadlar yaranıb.
“Qafqazinfo”nun məlumatına görə, Goranboy - Aşağı Ağcakənd avtomobil yolunun Aşağı Ağcakənd qəsəbəsi hissəsində qum-çınqıl yolu tutaraq avtomobillərin hərəkətində maneələr yaradıb.
Goranboy RİH yanında Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal yerində monitorinq keçirilib.
Müvafiq texnikalar əraziyə cəlb edilməklə, yolda bərpa işləri aparılaraq, yolun hərəkəti təmin edilib.