Çimərliklər mövsümə hazırdır? - VİDEO

09:53 - 10 İyun 2025

Çimərliklər mövsümə hazırdır? - VİDEO

Çimərlik mövsümünün başlamasına cəmi bir həftədən az vaxt qalıb.


Manset.az Xəzər TV-yə istinadən bildirir ki, Bakı və ətraf bölgələrdəki dənizkənarı istirahət mərkəzləri hazırlıqları yekunlaşdırmaq üzrədir.

Çəkiliş aparılan istirahət məkanının administratoru İbrahim Novruzov deyir ki, hazırlıqları 2 aya yaxındır davam edir.

Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də əraziyə giriş və dənizə çıxış tamamilə ödənişsizdir. Çimərlikdə xidmətlərlə yanaşı, restoran və kafe zonalarında da qiymətlər stabil saxlanılıb. İstirahət mərkəzinin əməkdaşı yemək qiymətlərində artımın olmadığını deyir.

Qeyd edək ki, çəkiliş apardığımız istirahət mərkəzlərində təmizlik, təhlükəsizlik və xidmət səviyyəsi ilə bağlı müvafiq qurumların monitorinqi davam edir. Rəsmi çimərlik mövsümü isə iyunun 15-də açılacaq.

Daha ətraflı videomaterialı təqdim edirik:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv