Dövlət Su Ehtiyatları Agentliyi Laçın rayonunda yerləşən Zabuxçay su anbarına mediatur təşkil edib.
Manset.az xəbər verir ki, mediaturda ictimaiyyətin məlumatlandırılması məqsədilə 15 media qurumunun nümayəndəsi yer alıb.
Qeyd edək ki, Zabuxçay su anbarının tikintisinə Azərbaycan Respublikası Prezidentinin 1 mart 2022-ci il tarixli Sərəncamına əsasən başlanılıb. Qubadlı və Zəngilan rayonlarında yerləşən, ümumilikdə 12 100 hektar əkin sahəsini suvarma suyu ilə təmin edən anbarın ümumi tutumu 27 milyon kub metr təşkil edir.